"Bizdən neft aparılırdı" - Prezident

20:20 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. 

"Bu gün mən artıq bu barədə dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, daha uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında, o vaxt müstəqil olmayan Azərbaycan Respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə daha çox verirdik, nəinki alırdıq. Cəmi iki respublika var idi. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə çevrilmişdi. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi.

Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq". - deyə dövlət başçısı qeyd edib.